Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti iki “iPad mini” modeli hazırlayır


"NPD DisplaySearch"in analitiki Riçard Şim iddia edir ki, "Apple" şirkəti "iPad mini" planşetinin iki yeni modifikasiyasını istehsal edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hər iki qurğu yüksək təsvir ölçülü "Retina" ekranları ilə təchiz ediləcək.

Ekspert bildirir ki, birinci model 2013-cü ilin ikinci yarısında bazara çıxarılacaq. "Apple" şirkəti gələn ilin birinci rübündə "iPad mini" təqdim edəcək. Onda "Retina" displeydən savayı, prosessor da yenilənəcək. "NPD DisplaySearch" analitik şirkətinin əməkdaşı digər texniki xüsusiyyətlərdən xəbərdar deyil.

Emil Hüseynov




07/05/13    Çap et