Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il kiberhücumların sayı xeyli artıb


Kibercinayətkarlıqla məşğul olanların sayı artmaqla yanaşı, onların vurduğu ziyanın da miqyası genişlənir. 2011-ci maliyyə ilində kibercinayətkarlıq Amerikanın 50 ən böyük şirkətinə 5,9 milyon dollar (keçənilki göstərici 3,8 milyon dollar olub) zərər vurub. Eyni zamanda, hücumların sayı da 44% artıb. Hər həftə ən azı Amerika firmalarından 1-i haker hücumlarının qurbanı olur. Bu barədə, “Ponemon İnstitute” təşkilatı məlumat yayıb.
Məlumat üçün bildirək ki, ötən dövr ərzində FTB, MKİ, NATO, həmçinin “News” və “Citigroup” korporasiyaları hakerlərin qurbanı olublar. 3 şirkət zərərin ödənilməsinə 29 milyon dollardan çox vəsait xərcləyib. “Sony” şirkətinə olan hücum isə ona 170 milyon dollar ziyan vurub.




04/08/11    Çap et