Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Galaxy Core” smartfonunu təqdim edib


"Samsung Electronics" bu ay büdcəyə uyğun növbəti - yeni, iki SİM kartlı smartfon istifadəyə verəcək. Şirkətdən verilən məlumata əsasən, yeni "Galaxy Core" aparatı iki variantda əlçatan olacaq: bir və iki SİM kartla.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hər iki variant 1.2 QHs takt tezlikli "Snapdragon" prosessoru, 1 Qb əməli yaddaş, 8 Qb daxili yaddaş, 5 meqapiksellik kamera və 4,3 düymlü sensor ekranla təchiz edilib.

Bundan başqa, "Core" smartfonu bir sıra "ağıllı" funksiyalara malikdir. Qiymət və çıxarılma tarixi barədə məlumat yoxdur.

Emil Hüseynov




07/05/13    Çap et