Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq lotereya biletlərini onlayn rejimində əldə etmək mümkündür


“AzeriCard” prosessinq mərkəzi “Azərlotereya” şirkətini onlayn ödəmələr sisteminə qoşub.

“ICTnews” elektron xəbər xidməti xəbər verir ki, bu barədə prosessinq mərkəzinin məlumatında deyilir. Məlumatda bildirilir ki, indi istifadəçilər lotereya biletlərini evdən və ya ofisdən çıxmadan onlayn rejimində əldə edə bilərlər.

Ödəmə “www.azerlotereya.com” internet səhifəsində Visa, Visa Electron, MasterCard və Maestro elektron bank kartları vasitəsi ilə həyata keçirilir.

Qeyd edək ki, elektron bank kartlarının məlumatı ən təhlükəsiz 3D Secure sistemi tərəfindən qorunur.

CAHANGİR




07/05/13    Çap et