Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts mərhum dostunun arxasınca danışdı


Amerikalı iş adamı və “Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts “CNBC” televiziyasına verdiyi müsahibəsində deyib ki, “iPad” planşetinin əksər sahibləri fiziki klaviaturasız əzab çəkirlər.

"İstifadəçilərin əksəriyyəti mətni normal şəkildə yığa, sənəd yarada bilmədiklərinə görə üzülürlər… Heç “Office” paketi yoxdur" – deyə Qeyts bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sözügedən planşetdən fərqli olaraq, “Surface” planşeti yığcamdır və fərdi kompüter imkanlarına malikdir, “Microsoft”un Direktorlar şurasının sədri vurğulayıb.

Emil Hüseynov




07/05/13    Çap et