Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikanın 10 ən böyük şirkəti hansılardı?


“Apple” ilk dəfə olaraq Amerikanın 10 ən böyük şirkətinin onluğuna daxil olub. Reytinq hər il “Fortune” jurnalı tərəfindən tərtib edilir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ötən il “Apple” şirkəti “Fortune 500” siyahısında 17-ci yerdə qərarlaşmışdı, hazırda korporasiya “J.P. Morgan”, “Bank of America”, “General Electric”, “Ford”, “General Motors”, “AT&T”, “Verizon” və “Hewlett-Packard” kimi şirkətləri üstələyərək 6-cı olub. Qeyd edək ki, “HP” şirkəti 2-dən 15-ci yerə kimi geriləyib.

“Apple” şirkətinin illik gəliri 156,5 milyard dollar təşkil edir ki, bu da lider – “Walmart”ın göstəricisindən 3 dəfə azdır.

Reytinqi tərtib edənlərin sözlərinə görə, bütün problemlərə baxmayaraq, “Apple” əvvəlki kimi qabaqcıl istehsalçı olaraq qalır.

Emil Hüseynov




07/05/13    Çap et