Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hesab.az” portalında daha 2 internet provayderin ödənişlərini aparmaq imkanı yaradılıb


“Hesab.az” onlayn ödəmələr portalının xidmət dairəsi daha da genişləndirilib.

“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, artıq istifadəçilər “SuperOnline” və “Pilot” internet provayderlərinin ödənişlərini bu sistem vasitəsilə həyata keçirilə bilər. Xatırladaq ki, “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” portalı əksər internet-provayderlərlə yanaşı, bütün mobil operatorlar, kabel televiziya şəbəkələr və kommunal şirkətlərin xidmətlərini bank kartları vasitəsi ilə ödəmək imkanı verir.

Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini həmçinin cib telefonları vasitəsilə “m.hesab.az” mobil resursdan da ödəmək olar.

CAHANGİR




07/05/13    Çap et