Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” Rusiya və MDB-nin cənubunda yeni baş direktor təyin edib


“Nokia” şirkəti Rusiya, Ukrayna və MDB-nin cənub ölkələrinə yeni vitse-prezident və baş menecer təyin edib. “ICTnews” xəbər xidməti “www.cibersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Nokia”nın yeni təyin etdiyi rəhbər Mirko Aksentiyeviç hazırda “Nokia”nın Latın Amerikasının cənubunda vitse-prezident və baş menecer vəzifələrini yerinə yetirir.

“Nokia” şirkətinin Rusiya, Ukrayna və MDB-nin Cənub ölkələri üzrə hazırkı vitse-prezidenti və baş meneceri Erik Bertman eyni vəzifələri Çində icra edəcək.

Aynur Vəliyeva




07/05/13    Çap et