Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Suriyada internet kəsilib
Mayın 7-dən etibarən Suriyada internet kəsilib. Bu barədə şəbəkə təhlükəsizliyi məsələləri üzrə ixtisaslaşmış "Umbrella Security Labs" şirkəti məlumat verib. Həmçinin "Google" şirkəti ötən gün axşamdan etibarən Suriya ərazisində bütün xidmətlərinin əlçatmazlığı barədə bildirib.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, hazırda baş vermiş bu hadisənin səbəbləri məlum deyil. Xatırladaq ki, bu,
Suriyada ilk belə hadisə deyil. 2012-ci il noyabrın sonunda sözügedən ölkədə internet 2 gün tamamilə kəsilmişdi.
Emil Hüseynov
08/05/13 Çap et