Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brestdə informasiyanın mühafizəsi üzrə konfrans keçiriləcək


Mayın 21-dən 24-dək Belarusun Brest şəhərində "İnformasiyanın kompleks mühafizəsi" adlı XVIII elmi-praktik konfrans keçiriləcək.

Tədbirdə Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi, Rabitə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Elmlər Akademiyasının nümayəndələri iştirak edəcəklər.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, konfransda onlarla məruzəçi iştirak edəcək. Kibertəhlükəsizlik, kriptoqrafiya, mobil cihazlardakı məlumatların mühafizəsi, ödəmə sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və sair kimi mövzular nəzərdən keçiriləcək.

Emil Hüseynov




08/05/13    Çap et