Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bulud” xidmətlərinə maraq artır


“Microsoft” korporasiyasının “SkyDrive” “bulud” xidmətində 250 milyon istifadəçi qeydiyyatdan keçib. Qeyd edək ki, 50 milyon istifadəçi son 7 ay ərzində sözügedən xidmətə abunə olub.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, mobil tətbiqlərin yenilənməsi, xidmətin media imkanlarının inkişaf etdirilməsi və sair kimi yeniliklər buna səbəb kimi göstərilib.

Emil Hüseynov




08/05/13    Çap et