Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda ən bahalı smartfonun satışlarına başlandı
Azərbaycanda işgüzar insanlar üçün premium-sinifli model kimi təqdim olunan “BlackBerry Q10” smartfonunun satışları başlandı.
Rəsmi məlumata əsasən, sözügedən smartfonun pərakəndə satış qiyməti 940 manat təşkil edir və o, hazırda Azərbaycan bazarında satılan ən bahalı smartfondur. Qeyd etmək lazımdır ki, “BlackBerry Q10” smartfonu çox yaxşı spesifikasiyaya malikdir: 720х720 icazəli 3,1-düymlük displey, 1,5 GHz-lıq ikinüvəli “Snapdragon” prosessoru, 2 GB-lıq əməli yaddaş, 16 GB-lıq genişləndirilə bilən yaddaş, 8-meqapiksellik arxa və 2-meqapiksellik ön kameralar. Böyük Britaniyanın ən məşhur riteylərlərindən biri olan “Selfridge & Co.” şirkətinin (premium-sinifli məhsulların satışları üzrə Britaniya riteylerlərindən biri) məlumatlarına əsasən yeni “BlackBerry Q10” şirkətin şəbəkəsində bu günə kimi satılmış smartfonlar arasında ən yaxşı satılandır.
Satışa çıxarıldığı ilk günün ilk 90 dəqiqəsi ərzində 2000 ədəd “BlackBerry Q10” smartfonu satıldı. “Onlar smartfonları səbətlərdə yüz-yüz gətirirdilər.
Günorta saat üçdə, artıq smartfonlar bitəndən sonra, növbə hələ də dayanmışdı. İnsanlar ertəsi gün üçün özlərinə telefon sifariş etməyə çalışırdı”,- deyə Maykl Kollinzin qeyd etdi.
Qeyd etmək lazımdır ki, “BlackBerry Q10” ABŞ-da da bir çox müsbət rəylər aldı. “USA Today” nəşrinin əməkdaşı Ed Beyq hesab edir ki, “BlackBerry”-nin əvvəlki modellərinin həvəskarları “QWERTY” fiziki klaviatura sayəsində çox böyük məmnuniyyətlə yeni modelə keçəcəklər.
“Keçmişdə “Research in Motion” kimi tanınan şirkət nə vaxtsa fiziki klaviaturalı smartfonlar bazarını ələ keçirdi və indiyə kimi onu saxlayır. Görünür ki, “BlackBerry Q10” fiziki klaviaturaya üstünlük verən “BlackBerry” pərəstişkarları üçün əla bir həlldir”.
RƏVAN
08/05/13 Çap et