Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda biometriya üzrə 3 beynəlxalq standartın əsasında identik milli standartların ilkin layihələri hazırlanıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində fəaliyyət göstərən Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsində (TK 05) biometriya, informasiya təhlükəsizliyi və rəqəmli videoyayım üzrə milli standartların layihələrinin hazırlanması üzrə işlər aparır.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda artıq biometriya üzrə 3 standart: ISO/IEC 19794-2:2011, ISO/IEC 19794-4:2011 və ISO/IEC 19794-5:2011 beynəlxalq standartları əsasında identik milli standartların ilkin layihələri hazırlanıb. 2008-2012-ci illər ərzində TK 05 tərəfindən hazırlanan 27 milli standart Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınaraq tətbiq olunur.

Onlardan İT terminologiya üzrə 2009-2012-ci illər ərzində ISO/IEC 2382 seriyalı standartlar əsasında hazırlanmış 9 identik milli standartı, Təhlükəsizlik üzrə 2008-2012-ci illər ərzində 14 identik milli standartı (2012-ci ildə ISO/IEC 27000 seriyasından olan 5 identik milli standart), Rəqəmli videoyayım üzrə 2012-ci ildə 2 identik milli standart və Milli klaviatura düzümü üzrə 2 standartı qeyd etmək olar.

Aynur Vəliyeva




10/05/13    Çap et