Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Internet istifadəçilərinə XƏBƏRDARLIQ


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə Qarşı Mübarizə Mərkəzi bildirir ki, son zamanlar texnologiyanın inkişafı və şaxələnməsi bir tərəfdən insanların işlərini rahatlaşdırsa da, digər tərəfdən təhlükəsizlik baxımından şirkətlərin bu sürətli inkişafın və şaxələnmənin qarşısında dayanacaq güclərinin və maraqlarının olmaması bir sıra problemlər ortaya çıxarır.

Mərkəzdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, şirkətlər tez-tez dəyişən və fərqliləşən texnoloji inkişaf prosesinə ayaq uydurma çabaları içində olduqlarına görə tez-tez texnoloji yeniliklərlə insanlara yeni xidmətlər təklif edirlər. Yeniliklərin ortaya çıxarılma müddəti çox qısa olduğu üçün və hər bir şirkət yeniliyi ilə daha önə çıxa bilməsi üçün təklif edilən xidmətin keyfiyyət və təhlükəsizliyində tez-tez boşluqlar ortaya çıxır.

Günümüzdə sosial şəbəkələrin, oyunların və sair xidmətlərin "cross-register" - bir qeydiyyat ilə başqa xidmətlərə qoşulma imkanı və ya hesablararası əlaqənin yaradılması şəxsi hesabın təhlükəsizliyini – ən azından şifrələrinizin təhlükəsizliyinin vacibliyini bir daha önə çıxardır. Nəzərə alsaq ki, texnoloji inkişaf "brut-force" əməliyyatının da inkişafına təkan verərək "brut-force" prosesinin dəfələrlə sürətlənməsinə səbəb olub, o zaman biz də şifrələrimizi texnoloji inkişafın sürətinə uyğun olaraq həm mütəmadi dəyişməli, həm də qarışıq simvollardan ibarət olmasına fikir verərək şifrələrimizin uzunluğunu artırmalıyıq.

"Brute-force" əməliyyatı nədir? "Brut-force" əməliyyatı sizin hər hansı hesabınıza, e-mailinizə edilən şifrələr toplusunun yoxlanması əməliyyatıdır. Yəni adı keçən əməliyyat üçün xüsusi proqramlarla sizin e-mail servisiniz daxil edilir, "user"-istifadəçi adınız daxil edilir və ən çox bilinən şifrələr toplusu ilə və ya sizə aid hesab olunan məlumatlar toplusu ilə (telefon nömrələri, ad, soyad, doğum tarixi, yaşadığı yer, maşın nömrəsi, markası, övladınızın adı, telefon markası, ləqəbiniz və s.) sizin hesabınızın şifrələri bir-bir yoxlanılaraq hesabın şifrəsi tapılmış olur. Bu proses texnoloji inkişaf sayəsində çox sürətlə və avtomatikləşdirilmiş proqram təminatı vasitəsilə şəxs haqqında əldə edilmiş bütün məlumatların mümkün bütün variantlarının faktorialı çıxarılaraq edilir.

Diqqət edilməsi vacib olan məqamlar!

Hər bir yerdə, hər bir sahədə şifrələrinizin sistem tərəfindən verilən "default" şifrələr olaraq qalmamasına diqqət edin! (serverlərdə, saytlarda, e-maillərdə, proqram təminatlarında, internetə bağlandığınız modemlərdə, routerlərdə, access-pointlərdə, Wi-Fi, DVR və ya kameralarda, kompüterlərdə, telefonlarda, Smart TV-lərdə və s.)

• Şifrələrinizin aşağıda göstərilən ən təhlükəli və ən çox rast gəlinən şifrələr silsiləsindəki şifrələrə bənzər olmamasına diqqət edin! Klaviaturada düzülən ardıcıl hərf, rəqəm, simvollardan istifadə etməyin!

• Şifrələrinizdə yuxarıda sadalanan və sadalanmayan, şəxsi məlumatlar istifadə etməyin! (telefon nömrələri, ad, soyad, doğum tarixi, yaşadığı yer, maşın nömrəsi, markası, övladınızın adı, telefon markası, ləqəbiniz və s.)

• Müxtəlif hesablarda eyni şifrələrdən istifadə etməyin! (Bir çox insanlar müxtəlif e-maillərində və ya hesablarında eyni şifrələri istifadə edirlər. Daha kritik olan isə bir çox veb-studiyalar və ya veb-masterlər yığdıqları bütün saytlarda eyni "username" və "şifrə"ni istifadə etməklə yaratdığı bütün saytların təhlükəsizliyini, yaratmış olduğu resurslar zəncirinin zəif halqasına bağlamış olurlar. Bu bizim bir çox analizlərdə rast gəldiyimiz yolverilməz xətadır!)

• Müxtəlif hesablarda müxtəlif şifrələrin istifadəsi zamanı və ya eyni sistemdə müxtəlif istifadəçilərin (user) şifrələri üçün eyni şifrə alqoritmindən istifadə etməyin! (Misal: əhmədface, əhmədgmail, əhmədbaza və ya əhməd123, mamed123, sakit123...)

• Şifrələrinizi mütəmadi olaraq dəyişin. Normal dəyişilmə müddəti 3 ay.

• Hər hansı bir internet resursunu bir yerdən başqa yerə keçirərkən mütləq şifrələrini dəyişin və əvvəlki serverdən "backup"ınızı silin!

• Şifrələrinizi heç bir zaman kağıza yazıb kompüterinizin ekranına yapışdırmayın!

• Şifrələrinizi heç bir zaman hər hansı .txt, .word, .xls və sair fayllara yazıb kompüterinizdə saxlamayın!

• Şifrələrinizi heç bir zaman "browser"lərinizin keşində saxlamayın (avtomatik browser yaddaşında).

• Heç bir zaman şifrələrinizi anonim "proxy"lərdə istifadə etməyin! Anonim "proxy"lərdən istifadə zamanı o, sizin "username" və "şifrə"lərinizi həmişə gizli formada öz məlumat bazasında saxlayır.

• Çalışın "double authentication" (ikiqat identifikasiya) olan sistemlərdən istifadəyə üstünlük verəsiniz.

• Məsləhətdir ki, şifrələrinizi aşağıdakı linkdə göstərilmiş xidmət vasitəsi kimi təhlükəsizlik səviyyəsi güclü olan şifrə generasiya edən xidmətlərdən istifadə edərək qoyasınız.


Məlumdur ki, təhlükəsizlik sistemlərinin ən zəif halqası həmişə insanlar olub, ona görə təhlükəsizliyinizi qorumaq üçün ilk öncə özünüzdən, istifadə etdiyiniz platformalardan, ən əsas isə "ŞİFRƏ"lərinizdən başlayın.

Ən təhlükəli və ən çox rast gəlinən şifrələr silsiləsinə nümunə:
123
1234
12345
123456
1234567
12345678
123456789
1234567890
0123456789
admin
admin1
admin12
admin123
password
password1
password12
password123
qwerty123
qwerty12
qwerty1
qwerty
administrator
Administrator
Admin
Admin123
adminadmin
adminadmin123
admn
demo
demo1
demo12
demo123
guest
hello
login
test
test1
qwert
test12
test123
test1234
test12345
manager
pass
root
root1
root12
root123
security
super
superuser
system
user
user123
toor
111222
112233
121212
123123
123321
123654
123qwe
1q2w3e4r
1qaz2wsx
456654
753951
hello
11111
22222
33333
44444
55555
66666
77777
7777777
88888
99999
00000
666666
111111
654321
gfhjkm
000000
ghbdtn
iloveyou
54321
football
master
159753
qazwsx
1q2w3e
qweasd
zxcvbn
zxcvbnm
159357
qazwsxedc
12344321
пароль
1q2w3e4r5t
102030
1234554321
7654321
123789
abc123
lol123
lol
secret
fuckyou
abcd1234
123abc
1234321
134679
zaqwsx
qazxsw

Aynur Vəliyeva




10/05/13    Çap et