Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Suriyada internetə çıxış imkanı bərpa edilib


"Renesys" veb-monitorinq şirkəti məlumat verib ki, 19,5 saatdan sonra Suriyada internetə çıxış imkanı bərpa edilib və ölkə ərazisində beynəlxalq telefon rabitəsi işə salınıb.

Bu barədə, həmçinin "Syria Digital Reports" nəşri xəbər verib. Suriya KİV-nin məlumatına əsasən, magistral optik lif kabellərin zədələnməsi nasazlığa səbəb kimi göstərilib.

Emil Hüseynov




10/05/13    Çap et