Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünya İT bazarında 2012-ci il ərzində qeydə alınan texnoloji uğursuzluqların siyahısı açıqlanıb
Ötən il dünyada texnologiyalar sahəsində bir çox irəliləyişlər və inkişaf müşahidə olunub. "ICTnews" xəbər xidmətinin "http://realitypod.com" saytına istinadən verdiyi məlumata əsasən, texnoloji irəliləyişlər təxminən bütün sahələrdə müşahidə edilib.
Ötən il mobil telefonlardan sosial media nailiyyətləri ilə yanaşı, həm də digər məqsədlər üçün istifadə edilib, eləcə də, sosial şəbəkələrdən yalnız seçki kampaniyaları üçün istifadə edilməyib. Bütün bunlarla yanaşı, ötən il bəzi uğursuzluqlar da qeydə alınıb. Texnoloji uğursuzluqlar siyahısına "IPhone 5" istehsalı ilə başlayan ildə, "Apple" şirkətinin geniş çeşiddə xəritələr təqdim etməsi, lakin bunun gözlənilən effekt verməməsi məyusluq yaradıb. Belə ki, bu xəritələrdə şəhərlərdə yerləşən mühüm işarələr yanlış göstərilib.
Nəticədə "Apple" istehlakçılardan hətta "Google Maps"dan istifadə etmələrini xahiş etmək məcburiyyətində qalıb. Hazırda hər kəsin "Facebook"da bir səhifəsi var. "Facebook" may ayında bazarda öz səhmlərinin satışına başlayıb. İlkin olaraq 38 dollara olan səhmlərin qiyməti sentyabrda 18 dollaradək düşüb və o vaxtdan bəri öncəki səviyyəyə qalxmayıb, hazırda onların qiyməti 28 dollardır. "Nexus Q"-nın satışları 2012-ci ilin iyununda başlayıb, bu cihaz "Android" əsasında tərtib edilib, audio və video axınına böyük imkanlar verir. Lakin bu qurğu da bazarda müvəffəqiyyət qazanmayıb və "Google" əvvəlcədən sifariş edən müştərilərə qurğunu pulsuz verib.
Növbəti uğursuzluq rəngli şəkilləri bölüşməyə imkan verən mobil proqram olub. İlkin mərhələdə insanlar tərəfindən yüksək qiymətləndirilən proqrama maraq azalıb. "Fanning Shawn" şirkəti tərəfdaşı "Sean Parker" ilə birgə videosöhbət üçün istifadə edilə biləcək bir veb-alət təqdim edib. 33 milyon dollar məbləğində qoyulan sərmayəyə baxmayaraq, yalnız 10 min istifadəçi efir vaxtından istifadə edib.
Aynur Vəliyeva
10/05/13 Çap et