Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google”-un səhmlərinin qiyməti yeni rekord təyin edib
“Google” şirkətinin səhmlərinin qiyməti bahalaşmağa davam edir. Son hərrac zamanı “Google”-un bir səhminin qiyməti 861,55 dollar olub. Ekspertlərin qiymətləndirməsinə görə, şirkətin kapitallaşdırma dəyəri 286 milyard dollar olub ki, bu da onun Amerika şirkətləri siyahısında ikinci yerdə qərarlaşmasına imkan verir. 433 milyard dollar kapitallaşdırma ilə “Apple” şirkəti əvvəlki kimi lider olaraq qalır.
“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, proqnoza əsasən, yaxın gələcəkdə internet nəhənginin bir səhminin qiyməti 1000 dollar həddini ötə bilər.
Emil Hüseynov
10/05/13 Çap et