Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qızıldan “BlackBerry Q10” smartfonu
Britaniyanın “Goldgenie” şirkəti 2472 dollar dəyərində “BlackBerry Q10” smartfonunu təqdim edib. Aparat qızıl korpusla təchiz edilib. Qurğunun texniki xüsusiyyətləri dəyişməz olaraq saxlanılıb.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, şirkətin saytından verilmiş məlumata əsasən, smartfon heç bir operatorla əlaqəli deyil.
Emil Hüseynov
10/05/13 Çap et