Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” şirkəti öz məhsulunun möhtəşəm yeniləməsini hazırlayır
2012-ci ilədək “Apple” şirkəti ARM prosessoru ilə ilk noutbuk istehsal edə bilər.
Həmin noutbukun yeni “MacBook Air” olacağı güman edilir. Belə ki, növbəti nəsil noutbuk 4 nüvəli “Apple A6” çipi ilə təchiz ediləcək. “Jefferies & Co” analitikləri bu qənaətdədir.
Qeyd edək ki, “MacBook Pro” noutbuklarında o vaxta kimi şirkət 64 dərəcəli “İntel” prosessorlarından istifadə etməyə davam edəcək. Lakin ekspert proqnozlaşdırıb ki, 2016-cı ilədək “Apple” şirkətinin bütün kompyuterləri ARM prosessorlara keçiriləcək .
04/08/11 Çap et