Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” smartfonlar üçün naviqator sistemini tətbiq edəcək
"Qlobs" iqtisadi nəşrinin yazdığına görə, "Facebook" şirkəti smartfonlar üçün naviqator hazırlamış İsrailin "Waze" firmasını 500 milyon dollara satın almaq üçün danışıqlar aparır.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, İsrailin "Kalkalist" qəzetinin məlumatına görə, tərəflər arasında danışıqlar ilin əvvəlindən aparılır və artıq niyyət protokolu imzalanıb.
İsrail ekspertləri qeyd edirlər ki, "Facebook" mobil qurğular üçün həlləri çox populyar olan şirkətlərə maraq göstərir. "Veyz" bu nöqteyi-nəzərdən çox yaxşı göstəricilərə malikdir:
2009-cu ildə yaradılmış şirkət hazırda 34 milyon abunəçiyə xidmət edir və ilin sonunadək bu göstərici iki dəfə artmalıdır.
Emil Hüseynov
11/05/13 Çap et