Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB şəbəkəsində ADSL vasitəsilə yüksəksürətli internet xidmətlərindən istifadə edən abunəçilərin sayı sürətlə artır
BTRİB şəbəkəsində ADSL vasitəsilə yüksəksürətli internet xidmətlərindən istifadə edən abunəçilərin sayı durmadan artdığına görə “Bakinternet” internet xidmətinin platformasına yenidən baxılma zərurətini yaratmış və hazırda bu istiqamətdə təkliflər hazırlanır.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə BTRİB-in texniki direktoru Rəsul Qurbanov bildirib.
Onun sözlərinə görə, genişzolaqlı internet xidmətlərindən istifadə edən abunəçilərin sayı artdıqca bu xidmətlərdən əldə edilən gəlirlərin artması da müşahidə olunur.
Belə ki, BTRİB cari ilin 4 ayı ərzində göstərdiyi genişzolaqlı internet xidmətlərindən 6 mln. manatdan çox gəlir əldə edib və bu tendensiya davam edir.
Hazırda internet xidmətlərindən əldə edilən gəlirlər ümumi gəlirlərin 33,5%-ni təşkil edir.
Qeyd edək ki, internet xidmətlərindən gəlirlər artdıqca beynəlxalq istiqamətlərə çıxış danışıqlarından gəlirlərin azalması da müşahidə olunur. Hesablamalara görə, beynəlxalq çıxış danışıqlarından BTRİB-in gəlirləri 2013-cü ilin I rübündə 2012-ci ilin müvafiq dövrünə nisbətən 85 min manat və ya 5,0% azalıb.
RƏVAN
11/05/13 Çap et