Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Obama internetin izlənməsini dəstəkləyə bilər


ABŞ prezidentinin administrasiyası, ehtimal ki, FTB-nin "Gmail" elektron poçtu, "Skype" videoçatı və ya "Dropbox" fayl anbarı kimi internet xidmətlərini dinləmək haqqında təşəbbüsünü dəstəkləyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, FTB real vaxt rejimində "Gmail", "Dropbox", onlayn-çat və digər xidmətləri dinləmək arzusu haqqında martda bəyan etmişdi. Sözügedən qurum 1994-cü ildə izləmə haqqında qəbul edilmiş qanunun imkanlarını genişləndirmək istəyir. Belə olan qurum kompüter və smartfonlar arasında edilmiş zəngləri izləmək hüququ əldə edəcək.

FTB-nin fikrincə, cinayətkar və terrorçular əlaqə yaratmaq üçün tez-tez sosial şəbəkə, messencer və digər internet kanallardan istifadə edirlər.

Emil Hüseynov




11/05/13    Çap et