Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” 2020-ci ilədək “5G” texnologiyasını dəstəkləyən avadanlıq istehsal edəcək
Koreyanın "Samsung Electronics" şirkəti beşinci nəsil şəbəkələr (5G) üçün əsas texnologiyalar dəstini hazırladığını bəyan edib.
Sözügedən şirkət 2020-ci ilədək "5G" üçün şəbəkə avadanlığının kommersiya satışlarına başlamağı planlaşdırır. Şirkətin nümayəndələri deyiblər ki, yeni simsiz texnologiya abunəçilərə verilənləri internetdə daha sürətli ötürməyə imkan verəcək.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "5G" texnologiyası vasitəsilə "HD" formatında filmi 1-2 saniyə ərzində yükləmək mümkün olacaq.
Emil Hüseynov
13/05/13 Çap et