Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

E-sənəd dövriyyəsi üzrə milli infrastruktur hazırlanır


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən «E-hökumət» verilənlər mərkəzi (data-center) və e-sənəd dövriyyəsi üzrə milli infrastruktur hazırlanır.

Bu barədə "ICTnews" elektron xəbər xidmətinə RİTN-in Məlumat Hesablama Mərkəzindən (MHM) məlumat verilib. Sözügedən data mərkəz və sənəd dövriyyəsi üzrə milli infrastruktur "Elektron hökumət"in əsas komponentlərindən biridir.

Bundan əlavə, dövlət orqanlarının vahid şəbəkə infrastrukturunun qurulması, informasiya resursları və sistemlərinin dövlət reyestri, E-hökumət şlüzü "Elektron hökumət"in əsas infrastrukturuna daxildir. Bunlarla yanaşı, "Elektron hökumət"in əsas infrastrukturuna E-hökumət portalı, E-imza üzrə milli infrastruktur aiddir.

SEYMUR




13/05/13    Çap et