Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Seçki informasiyasının MSK-ya ötürülməsi şəbəkəsinin konfiqurasiyası üzrə təkliflər hazırlanır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Seçki dairə və məntəqələrindən (o cümlədən veb-kameralardan) informasiyanın Mərkəzi Seçki Komissiyasına ötürülməsi şəbəkəsinin konfiqurasiyası üzrə təkliflər hazırlanır.
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə RİTN-in Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsindən məlumat verilib. Şöbədən qeyd edilib ki, sözügedən təkliflərin hazırlanması Azərbaycan Respublikası 2013-cü ilin «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan edilməsi ilə bağlı RİTN üzrə təsdiq olunmuş tədbirlər planına daxildir.
O da qeyd olunub ki, hazırda məsələ ilə bağlı geniş araşdırma aparılır və təkliflər hazırlanır. «Təkliflərdə bir sıra məsələlər öz əksini tapacaq. Burada əsasən seçki dairə və məntəqələrində gedən seçki prosesinin internet üzərindən yayımlanması, ötürülməsi nəzərdə tutulur» - deyə Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsindən bildirilib.
SEYMUR
13/05/13 Çap et