Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə dövlət Agentliyi Qobustan poliqonun gücünü artıracaq
Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə dövlət Agentliyi (ABEMDA) Qobustan poliqonun gücünü artırmağı nəzərdə tutur. Agentliyin direktoru Akim Bədəlov bildirib ki, hazırda poliqonun gücü 5.5 MVT təşkil edir:
“Biz ümid edirik ki, 2015-ci ilədək Qobustan poliqonunun genişləndirilməsi başa çatdırılacaq və poliqonun gücü 8 MVT-a yüksələcəkdir. Bu güc Qobustan şəhərini elektrik enerjisi ilə təmin edə bilər, sonra isə və bütün Qobustan rayonuna elektrik enerjisi poliqondan veriləcəkdir”.
Onun sözlərinə görə, Qobustan poliqonunda ümumi gücü 2.7 MVT olan 3 külək turbini, gücü 1.8 MVT olna günəş batareyaları və gücü 1 MVT olan bioqazla işləyən elektrik stansiyası tikilmişdir.
“Hazırda Qobustanda əksər müəssisələr Qobustan poliqonunun hesabına və hibrid elektrik stansiyasından elektrik enerjisi alır. “Azərenerji” SC ilə birgə poliqonunda alınan elektrik enerjisini ümumi enerji sisteminə ötürməyə imkan verən sistem yaradılmışdır. Gələcəkdə ölkəmizin digər bölgələrində də hibrid stansiyalarının yaradılması planlaşdırılır. İlkin mərhələdə onların gücü 15-20 MVt, sonra isə 45-50 MVt təşkil edəcək”.
RƏVAN
13/05/13 Çap et