Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2013-cü ildə “Microsoft” daha çox qazanacaq
"Digital Trends" nəşri yazıb ki, 2013-cü ildə "Microsoft" şirkətinin "Android" platformasından əldə etdiyi gəlirin həcmi 3,4 milyard dollar təşkil edə bilər.
"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, "Android" platforması ilə işləyən smartfonların tədarük həcminin artmasını nəzərə alsaq, 2017-ci ildə "Microsoft" şirkəti "Android" platformasından 8,8 milyard dollar qazana bilər.
"IDC" analitik şirkətinə məlumatına görə, 2012-ci ilin dördüncü rübündə "Android" platforması tədarük həcminə görə qlobal bazarın 70.1%-nə sahiblənib.
Eyni zamanda "Microsoft" şirkətinin "Windows Phone" (WP) əməliyyat sisteminin payı 2,6% olub. Beləliklə, "WP" üçün lisenziya ödənişi nə qədər də bahalı olsa belə, bu platformadan əldə edilən gəlir "Android" ilə müqayisə edilə bilməz.
Emil Hüseynov
13/05/13 Çap et