Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Reklam verənlər sosial şəbəkələrə üstünlük verirlər
Sosial şəbəkələr reklam şirkətləri üçün mal və ya xidmətlərin reklamı üçün əlverişli plotdormadır. Hal-hazırda təxminən 80% şirkət marketinq hədəfləri üçün bu internet mühitdən istifadə edir. Son statistika məlumatına əsasən, xeyli sayda şirkət sosial şəbəkələrdə pullu reklam və elanlardan istifadəyə keçir.
“Pivot Conference”-in tədqiqatına əsasən, marketoloqların üçdə ikisi sosial şəbəkələrdə pullu reklamdan istifadə edir, onların təxminən 54%-i isə alınan nəticələrdən razıdırlar. Bu imkandan istifadə etməyən 18% marketoloq isə artıq növbəti ildə bu addımı atmağı planlaşdırır. “Twitter” və “Facebook”da reklam bu seqmentdə bütün reklamın böyük bir hissəsini təşkil edir.
Amma “Twitter” “Facebook”dan bir az geri qalır. 90% respondent reklamın yerləşdirilməsi üçün “Facebook”dan istifadə edir, halbuki “Twitter”də indiki halda bu göstərici 78% təşkil edir.
04/08/11 Çap et