Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil müəssisələri üçün elektron albom istehsal ediləcək


Yaponiyanın "Sony" şirkəti tezliklə bazara elastik elektron rider buraxmaq niyyətindədir. Onun qalınlığı 7 millimetrdən azdır və çəkisi 358 qramdır. Yenilik təhsil müəssisələrində istifadə üçün nəzərdə tutulub.

Yeni qurğu yalnız ağ-qara ekranla təchiz ediləcək və ekranın diaqonalı 13,3 düym təşkil edəcək ki, bu da A4 vərəqinə uyğundur.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, elektron albom, həmçinin daxili "Wi-Fi" ötürücü aparata, 4 QB daxili yaddaşa və "microSD" yaddaş kartları üçün slota malik olacaq. Şirkətin məlumatına əsasən, qurğu müasir riderlərin əksəriyyətindən daha nazik olacaq.

Sözügedən cihaz yalnız "PDF" formatını dəstəkləyəcək, lakin sözügedən format üzərində bir çox imkanlar əlçatan olacaq. Şirkət qurğunu universitet, kollec, lisey və digər təhsil müəssisələrinə satmaq niyyətindədir. Elektron albomun bazara 2014-cü ilin martında çıxarılacağı gözlənilir.

Emil Hüseynov




14/05/13    Çap et