Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Anonimus" haker qrupu KXDR-in bir sıra saytlarına hücum həyata keçirib


"Anonimus" haker qrupu Koreya Xalq Demokratik Respublikasının (KXDR) Teleradio komitəsinin struktur bölməsi olan və xarici ölkələrə yayımlanan "Koreyanın səsi" radiostansiyasının saytına müdaxilə edib. Bu barədə Cənubi Koreyanın “Renxap” agentliyi məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, radiostansiyanın saytına hücum barədə informasiya bazar günü "Anonimus" qrupunun “Twitter” mikrobloqunda yerləşdirilib. Hakerlər sübut qismində radiostansiyanın əsas saytının mərkəzində “sındırılıb” yazılmış fotosunu yerləşdiriblər.

"Anonimus", həmçinin Şimali Koreya təbliğat saytına hücum barədə məlumat yayıb. Xatırladaq ki, "Anonimus" haker qrupu 2010-cu ilin sonunda populyarlaşıb.

O zaman onun iştirakçıları "Vikiliks" resursunun fəaliyyətinə mane olmuş şirkət və təşkilatların saytlarına hücumlar seriyası həyata keçirmişdilər.

Emil Hüseynov




14/05/13    Çap et