Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“GDrive” “bulud” saxlancında disk sahəsinin həcmi artırılıb
"Google Drive" "bulud" saxlancında istifadəçilərə təqdim edilən ödənişsiz disk sahəsinin həcmi 3 dəfə artaraq 15 QB olub. İnternet nəhəngi 1 həftədən sonra başlayacaq "Google I/O" korporativ konfransında "GDrive" əsasında yeni məhsullarını təqdim edə bilər.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Google Drive Blog"-dakı məlumata əsasən, hazırda "GDrive" xidməti digərləri ilə müqayisədə ödənişsiz daha çox disk sahəsi təqdim edir.
Xatırladaq ki, "Dropbox" hazırda 2 QB, "Microsoft SkyDrive" 7 QB, "Apple iCloud" və "Amazon Cloud Storage" isə 5 QB təklif edir.
Emil Hüseynov
14/05/13 Çap et