Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amazon” şirkəti “Liquavista” ekran istehsalçısını satın alıb
Dünyanın ən böyük onlayn mağazalarından biri və "Kindle" riderlərinin yaradıcısı Amerikanın "Amazon" şirkəti "Samsung Electronics"in filialı "Liquavista" ekran istehsalçısını satın alıb.
"dailycomm.ru" saytı yazır ki, "Bloomberg" agentliyinin məlumatına əsasən, Cənubi Koreya nəhəngi sözügedən şirkət üçün 100 milyon ABŞ dolları tələb edib. "Samsung" tərəfi bu xəbərə hələ ki heç bir münasibət bildirməyib, lakin "Amazon" tərəfi artıq məlumatı rəsmi sürətdə təsdiqləyib.
"Biz həmişə məhsullarımızda istifadə edə biləcəyimiz yeni qabaqcıl texnologiyalar axtarırıq. "Liquavista" komandası yeni maraqlı texnologiyalar üzərində işləyir. Bu barədə danışmaq hələ tezdir, lakin biz sözügedən komanda ilə işləyəcəyimiz anı səbirsizliklə gözləyirik" – Amerika şirkətinin bəyanatında deyilir.
EMİL
14/05/13 Çap et