Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil sistemində müasir idarəetmə texnologiyalarının tətbiqi istiqamətində islahatyönlü tədbirlər aparılacaq


Təhsil sistemində müasir idarəetmə texnologiyalarının tətbiqi istiqamətində islahatyönlü tədbirlər aparılacaq.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Təhsil Nazirliyindən bildirilib ki, təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük veriləcək: “Bu, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi və s. kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə gerçəkləşdiriləcək.


Məktəblərin idarə olunmasında, təhsil ocaqlarında müsbət atmosferin yaradılmasında valideynlərin rolunun artırılması ilə bağlı islahatlar “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətdə aparılacaq”.

HƏQİQƏT




14/05/13    Çap et