Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Twitter” səhifəsi də fəaliyyətə başlayıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) öz fəaliyyəti barədə cəmiyyətin geniş məlumatlandırılması, cəmiyyətlə sıx təmas şəraitində iş prosesinin təşkilində elektron imkanlardan istifadəyə xüsusi önəm verir.

Son vaxtlarda bu istiqamətdə növbəti işlər olaraq, nazirliyin yeni "Facebook" səhifəsi və profili yaradılıb. Bu günlərdə isə nazirliyin "Twitter" səhifəsi də fəaliyyətə başlayıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nazirlikdən bildirilib ki, yeni yaradılan "Twitter" səhifəsinin (MLSPPAzerbaijan) fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur.

Səhifədəki məlumatlar mütəmadi olaraq yenilənir. Qeyd edək ki, nazirliyin rəsmi "Facebook" səhifəsi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) artıq 10 000 nəfərə yaxın izləyiciyə malik olmaqla, dövlət qurumları arasında ən çox izləyicisi olan səhifələrdən biridir.

Həmçinin "Facebook"da nazirliyin rəsmi profilində (mlspp.gov.az) 170 istifadəçi ilə dostluq əlaqəsi mövcuddur ki, onların əksəriyyətini KİV nümayəndələri təşkil edir.

HƏQİQƏT




14/05/13    Çap et