Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MobiTel” alıcılara internet vasitəsilə qiyməti 100 AZN-dən yuxarı olan istənilən telefonu və aksesuarı almaq imkanı yaratdı


“MobiTel” şirkəti, alıcıların rahatlığını düşünərək yeni xidmət təklif edir. Artıq vətəndaş internet vasitəsilə qiyməti 100 AZN-dən yuxarı olan istənilən telefonu və aksesuarı (aksesuar yalnız telefona əlavə olaraq satılır) sifariş edə bilər.

Bunun üçün alıcı “Mobitel.az” saytının "Model sırası"nda istədiyi modeli seçib, "Sifariş et" düyməsini işə salaraq, oradakı xanaları doldurmalıdır. Şirkətin nümayəndəsi onunla telefon vasitəsilə əlaqə yaradaraq sifarişi təsdiqləyir və sonra telefon ünvana çatdırılır (Bakı şəhəri ərazisində).

Əldə olunan telefona dair bütün suallara məsləhətçi ətraflı məlumat verir. Ödəniş isə vətəndaşın istəyindən asılı olaraq yerində və nağd həyata keçirilə bilər.

RƏVAN




14/05/13    Çap et