Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platformasının bazar payı artıb
Ekspertlər aydınlaşdırıblar ki, 2013-сü ilin birinci rübündə tədarük edilmiş smartfonların təxminən 66%-i "Android" platforması ilə işləyib.
"Strategy Analytics" analitik şirkətinin məlumatına əsasən, yanvar-mart ayları ərzində "Android" smartfonlarının tədarük həcmi 161 milyon olub.
Bunu nəzərə alsaq, smartfon bazarında "Google"-un mobil əməliyyat sisteminin bazar payı görünməmiş həddə - 75.2%-ə çatıb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, sözügedən platformanın smartfon bazarında mövqeyinin sonrakı möhkəmlənməsi Cənubi Koreyanın "Samsung Electronics" və "LG Electronics" şirkətlərinin "Galaxy S" və "Optimus" smartfonlarının satış həcminin artması ilə bağlıdır.
Emil Hüseynov
14/05/13 Çap et