Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet vasitəsilə internetə qoşulun!


Ölkəmizdə artıq vaxt itirmədən "Elektron hökumət" portalı vasitəsilə "ADSL xidmətinə qoşulma/imtina" adlı elektron xidmətdən asanlıqla yararlanmaq mümkündür.

"ICTnews" xəbər xidmətinin məlumatına görə, bu xidməti internet şəbəkəsi olan istənilən yerdə həyata keçirmək olar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi bildirir ki, bunun üçün "www.e-gov.az" Elektron Xidmətlər Portalına daxil olduqdan sonra RİTN tərəfindən təqdim olunan e-xidmətlər siyahısından "ADSL e-xidmətinə qoşulma/imtina" xidmətinin adı seçilməlidir.

Açılan formanın içində sifarişçilərin telefon nömrəsini yazmaları kifayətdir:

«Daxil edilən məlumatlarda səhv olduqda, e-xidmətin içindən çıxmayaraq məlumatları təkrarən daxil edin.
Sistemdə elektron sifariş sorğusu formalaşır və istifadəçiyə ödəniş etmə haqqında müraciət xüsusi formada açılır. E-xidmət haqqı ödənildikdən sonra və ərazi bölgüsü imkan verdikdə, "AzDataCom" internet provayderin vasitəsilə sizin şəhər daxili telefon nömrəniz internet şəbəkəsinə qoşulacaqdır. Siz genişzolaqlı və keyfiyyətli ADSL xətləri vasitəsilə internet xidmətindən istifadə edə bilərsiniz».

MHM bildirir ki, bu xidmət vasitəsilə istifadəçi "AzDataCom" internet provayderi tərəfindən təqdim olunan sürətinə görə müxtəlif xidmət növlərindən birini seçə bilər.

Gələcəkdə hər hansısa səbəbdən ADSL xidmətindən imtina etmək istədikdə, eyniliklə "www.e-gov.az" Elektron Xidmətlər Portalına daxil olub, RİTN tərəfindən təqdim olunan "ADSL e-xidmətinə qoşulma/imtina" xidmətin adını qeyd etdikdən sonra "İnternet xidmətlərindən imtina edilməsi" sətri seçilməlidir:

«Bu yolla siz istədiyiniz vaxt "AzDataCom" internet provayderi tərəfindən təqdim olunan internet xidmətlərindən imtina edə bilərsiniz».

SEYMUR




14/05/13    Çap et