Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən təhlükəsiz brauzerlər müəyyən edilib
İnformasiya təhlükəsizliyi sahəsində ixtisaslaşmış "NSS Labs" şirkəti populyar brauzerləri (Microsoft Internet Exlorer 10, Google Chrome 25 və 26, Mozilla Firefox 19, Apple Safari 5 və Opera 12) boşluqlar baxımından test edib.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, sınaq "Windows 8" əməliyyat sistemi yüklənmiş virtual maşınlarda aparılıb. "IE10" brauzeri daha yaxşı təhlükəsizlik dərəcəsi nümayiş etdirərək zərərli hücumların 99.96%-ni bloklayıb. "Chrome" brauzerinin göstəricisi 83% olub. "Safari", "Firefox" və "Opera" brauzerlərinin göstəriciləri müvafiq olaraq 10,16%, 9,92% və 1,87% təşkil edib.
Qeyd etmək lazımdır ki, "Google" şirkəti "Chrome"-u daha təhlükəsiz brauzer kimi təqdim edir. İnternet nəhəngi təhlükəsizliyin təmini üçün daima yeni alətlər tətbiq edir.
Bundan başqa, axtarış sistemi brauzerdə boşluq tapan entuziastlərə pul ödəyir.
Emil Hüseynov
15/05/13 Çap et