Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il attestasiyada iştirak etmək istəyənlərlə bağlı ilkin məlumatlar “Şagird-məzun” sisteminə daxil ediləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən, buraxılış imtahanında “2” qiymət(lər)i alan və ya eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərlə bağlı görüləcək tədbirlərin tarixini müəyyənləşdirib.

Belə ki, may ayının 15-dən 25-dək təhsil müəssisələrində bu şəxslərin qeydiyyatı aparılır və ilkin məlumatları “Şagird-məzun” sisteminə daxil edilir. Mayın 27-dən iyun ayının 8-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən bu şəxslərin biliyinin qiymətləndirilməsi aparılacaq. İyunun 10-dan 15-dək təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərar qəbul edilmiş şəxslər haqqında məlumatlar da “Şagird-məzun” bazasına daxil ediləcək.

Buraxılış imtahanında yalnız ana dili və (və ya) riyaziyyat fənlərindən “2” qiyməti alan şəxslərin bilik və bacarıqları xüsusi komissiya tərəfindən yoxlanmır, onlar haqqında məlumat həmçinin iyun ayının 15-dək bazaya daxil edilir.

HƏQİQƏT




15/05/13    Çap et