Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycandakı “Facebook” istifadəçiləri bu troyandan özünü qorumalıdır


Bütün dünyada, eləcə də Azərbaycanda “Facebook” akkauntları oğurlanır. Bu yeni troyanın yayılması ilə mümkün olub.

"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi informasiya yayıb. Mərkəzdən bildirilib ki, adıçəkilən zərərverici proqram təminatı "Chrome" və "Firefox" üçün olan yenilənmələrdə gizlənir.

“Microsoft”un ekspertlərinin bu zərərverici proqram təminatı haqda məlumat yaydıqlarını önə çəkən mərkəzdən o da vurğulanıb ki, sözügedən troyanın köməkliyi ilə hakerlər "Facebook" istifadəçilərinin akkauntlarını çətinlik çəkmədən "oğurlaya" bilirlər.

"Zərərverici kod olan "Trojan:JS/Febipos" ilk dəfə Braziliyada aşkar olunub və sistem tərəfindən "Chrome" ve "Firefox" uzantısı kimi müəyyən edilir.

Sistemə yükləndikdən sonra troyan istifadəçinin "Facebook"da olub-olmamasını müəyyənləşdirir. Sonra isə müxtəlif brauzerlər üçün olan uzantılar siyahısını yükləyir.

Beləliklə, istifadəçinin akkauntuna daxil olduqdan sonra bir sıra dəyişikliklər edilir. Bu dəyişikliklərə çat-sessiyasının aktiv edilməsi, dostların səhifələrinin bəyənilməsi («like» edilməsi), şəxsin tanımadığı qruplara qoşulması daxildir".

SEYMUR




15/05/13    Çap et