Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İrlandiyanın Dublin şəhərində “Elektron səhiyyə həftəsi” öz işinə başlayıb
İrlandiyanın Dublin şəhərində "Elektron səhiyyə həftəsi" öz işinə başlayıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, "E-Səhiyyə həftəsi"ndə Avropa üzrə səhiyyə partnyorları və təchizatçıları, eləcə də regional həmkarları birgə iştirak edəcək.
Mayın 15-də yekunlaşacaq həftə çərçivəsində sözügedən sahə üzrə mühüm qərarlar qəbul ediləcək, həmçinin iştirakçıların e-səhiyyənin istiqamətləri ilə bağlı geniş müzakirələr aparmaq imkanı olacaq:
"Tədbirin əsas məqsədi səhiyyədə yeni informasiya texnologiyalarının araşdırılması, təlimlərinin təşkili və bu texnologiyaların tətbiqini təmin etməkdir.
Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti (HIMSS - Healthcare Information and Management Systems Society) hesab edir ki, "2013-cü il - E-səhiyyə həftəsi" - onun fəal üzvləri üçün e-səhiyyənin qarşısında dayanan məsələlərin həlli istiqamətində, eləcə də informasiya texnologiyalarının səhiyyəyə tətbiqi sahəsində və iştirakçı ölkələrdə səhiyyənin elektronlaşdırılmasının inkişafının gücləndirilməsində çox əhəmiyyətli rol oynayacaq".
Nazirlikdən qeyd edilib ki, "E-səhiyyə həftəsi" yeni informasiya texnologiyaları investorlarının tanışlığı və iş birliyi üçün də yeni fürsətlər deməkdir.
HƏQİQƏT
15/05/13 Çap et