Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın "Caspian Telecom" şirkəti regional şəbəkəsini genişləndirmək niyyətindədir


Azərbaycanın "Caspian Telecom" şirkəti Bakı ilə yanaşı, regional şəbəkəsini genişləndirmək niyyətindədir.

Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda şirkətin malik olduğu şaxələndirilmiş optik şəbəkə bu işi ən qısa zamanda yerinə yetirməyə imkan verir.

"Hazırda “Caspian Telecom” Bakı və Gəncə şəhərləri üzrə optik şəbəkənin genişləndirilməsi və müştərilərə göstərilən xidmətlərin sayının artırılması ilə məşğul olur. Bakı və Gəncə şəhərləri ilə yanaşı, digər şəhərlərdə də filialların yaradılması planlaşdırılır. Bizim şəbəkəmiz ölkənin ən böyük şəhərlərini əhatə edir. Bu, bizim üstünlüyümüzdür və bunun sayəsində hazırda ölkədə bir çox banklar və dövlət qurumları xidmətlərimizdən istifadə edir"- şirkətin məlumatında bildirilir.

"Caspian Telecom" şirkəti 1997-ci ildən fəaliyyət göstərir və 2010-cu ildən etibarən şirkət “Ailə TV” şəbəkəsinin bir hissəsinə çevrilib.

Şirkətin təqdim etdiyi xidmətlərə fiber-optik internet, fiber-optik xətlər və Ethernet, şəbəkə təhlükəsizliyi, virtual özəl şəbəkələrin yaradılması, şəbəkə monitorinqi, “3G” texnologiyaları ilə bank sistemlərinin quraşdırılması, videomüşahidə, “SWIFT” xidməti, filiallararası şəbəkələrin yaradılması və s. xidmətlər daxildir.

Aynur Vəliyeva




15/05/13    Çap et