Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Mozilla” şirkəti “Firefox 21” brauzerini istifadəyə verib
"Mozilla" ötən gün "Windows", "Mac" və "Linux" əməliyyat sistemləri üçün "Firefox 21" brauzerinin sabit versiyasını istifadəyə verib.
Tərtibatçılar bildiriblər ki, brauzerin yeni versiyasında populyar sosial şəbəkə və foto və videoların mübadiləsi üçün xidmətlərin dəstəklənməsi təkmilləşdirilib. Şirkətdən verilmiş məlumata əsasən, "Firefox 21" brauzerinin masaüstü versiyasında "Social API" funksiyasının imkanları genişləndirilib.
Xatırladaq ki, "Social API" vasitəsilə sosial şəbəkə, çat və hostinqlərin müxtəlif funksiyalarını birbaşa brauzerə inteqrasiya etmək olar və istifadəçilər müvafiq resurslara daxil olmadan və kənar plaqinlərdən istifadə etmədən hesablarında nə baş verdiyini görə bilərlər.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, brauzerin "Android" versiyasına gəldikdə isə şriftlərlə iş dəyişikliyindən başqa, interfeysdə bir sıra yeniliklər edilib, "CSS" ilə iş təkmilləşdirilib.
Emil Hüseynov
15/05/13 Çap et