Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xalq Bankın paytaxtdakı filiallarında “MilliÖN” ödəniş sistemi köşkləri quraşdırılıb


Xalq Bankın Bakı şəhərində yerləşən filiallarında “MilliÖN” ödəmə sisteminin ödəniş köşkləri istifadəyə verilib.

“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, istifadəçilər ödəniş köşkləri vasitəsilə növbə gözləmədən və həmin anda mobil və stasionar telefon, kommunal xidmətlər, internet provayderlərin xidmət haqları, kabel TV, sığorta və digər xidmətlərin haqqını ödəyə bilərlər. Köşklərdə ödənişlərin aparılması üçün plastik kart tələb olunmur və komisyon haqqı tutulmur.

Məlumat üçün bildirək ki, istifadəçilər həmçinin kommunal, mobil telefon, internet provayder və kabel TV xidmət haqlarını Xalq Bankın www.xalqbank.az internet səhifəsində onlayn ödəyib İpad, Samsung Galaxy S3 mini, parfüm, USB yaddaş kartı və digər hədiyyələr, eləcə də hər gün Park Cinemaya 2 nəfərlik bilet qazana bilərlər.

CAHANGİR




15/05/13    Çap et