Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Suriyada internet yenidən söndürülüb


"Renesys" monitorinq şirkətinin məlumatına əsasən, Suriyada internet yenidən kəsilib. Sözügedən ölkədə qlobal şəbəkəyə çıxış imkanı ötən gün səhər saat 10-da yoxa çıxıb.

"Renesys" şirkətinin "Twitter" mesajına əsasən, Suriya "BGP"-si (border gateway patrol) söndürülüb, "DNS" serverlər əlçatmazdır.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, Suriyanın rəsmi KİV-i hələ bu barədə heç bir məlumat verməyib, lakin məzmunun tədarük edilməsi üzrə "Akamai" şəbəkə operatorunun məlumatına görə, problem mövcuddur.

Emil Hüseynov




16/05/13    Çap et