Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron viza sisteminin tətbiqindən sonra ölkəyə gələnlərin sayı artıb
Azərbaycanda elektron viza sisteminin tətbiqinə başlanıldıqdan sonra onun vasitəsilə ölkəyə gələnlərin sayı artıb. E-viza sistemi vasitəsilə Azərbaycana əsasən ABŞ, eləcə də Avropa ölkələrindən turistlər gəlib.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib. Nazirlikdən o da qeyd olunub ki, e-vizanın tətbiqi bir çox işləri asanlaşdırdığından turistlər bu yolla səyahət etməyə üstünlük verir:
«Elektron viza sistemi fəaliyyətə başladığı müddət ərzində onun vasitəsilə Azərbaycana Polşa, Koreya, Makedoniya, Yunanıstan, Böyük Britaniya, İtaliya, Almaniya, ABŞ və digər ölkələrdən turistlər gəlib».
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli, 2577 saylı Sərəncamının icrasının təmin edilməsi məqsədilə cari ilin 15 mart tarixindən elektron viza sisteminin tətbiqinə başlanılıb.
SEYMUR
16/05/13 Çap et