Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Chrome” brauzerinin aktiv istifadəçilərinin sayı 750 milyonu ötüb


“Google” şirkətinin nümayəndələri “Google I/O” konfransı zamanı “Chrome” brauzerinin uğurlarını bölüşüb.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, “Chrome” brauzerinin aktiv istifadəçilərinin aylıq auditoriyası 750 milyonu ötüb. Belə ki, yalnız son ay ərzində aktiv istifadəçilərin sayı 300 milyon artıb. Bu istifadəçilərin mühüm hissəsi mobil qurğu sahibləridir.

Tərtibatçılar “Chrome” brauzerini aktiv şəkildə inkişaf etdirirlər. Məsələn, brauzerin mobil versiyasının məhsuldarlığı 50% artırılıb.

Emil Hüseynov




16/05/13    Çap et