Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
E-viza üçün sənəd qəbulu sistemi təqdim olunub
"Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2012-ci il tarixli, 2577 saylı Sərəncamının icrasının təmin edilməsi məqsədilə cari ilin 15 mart tarixindən elektron viza sisteminin tətbiqinə başlanılıb.
Bununla bağlı olaraq Dövlət Sərhəd Xidmətinin, Xarici İşlər Nazirliyinin, "Risk" şirkətinin və elektron viza sistemindən istifadə edən turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən "ICTnews" xəbər xidmətinə verilən məlumata görə, tədbirdə elektron viza üçün sənədlərin qəbulu üzrə "Risk" şirkətinin nümayəndələri tərəfindən sistemin təqdimatı edilib.
Eyni zamanda, sistemin daha operativ, maneəsiz və mükəmməl işləməsi üçün müvafiq qurumların nümayəndələri təklif və tövsiyələrini bildiriblər.
SEYMUR
16/05/13 Çap et