Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”, “Oracle” və “Apple” “Google”-a qarşı


“Google” şirkətinin korporativ inkişaf üzrə vitse-prezidenti və əsas hüquqşünası Devid Drammond “Android” platformasının inkişafına mane olan rəqibləri açıq surətdə tənqid etmək üçün rəsmi bloqdan istifadə edib.
Drammondun sözlərinə görə, o, platformanın məhv edilməsinə yönəldilmiş kampaniyaların yaradılmasının şahididir. “Təşkilatçılar arasında “Microsoft”, “Oracle” və “Apple” şirkətləri var, onlar hücum üçün "saxta patent"dən istifadə edirlər. Məqsəd isə odur ki, “Android” smartfonları istehsal etmək bahalı olsun və istehsalçılar onlarda istifadə edilən patentə görə “Windows Phone 7” lisenziyası ilə müqayisədə daha çox pul ödəsinlər”.
Məlumatlara görə, “Microsoft” şirkəti “Samsung”dan hər “Android” qurğuya görə 15 dollar tələb edir. Məlumat üçün qeyd edək ki, “Microsoft” öz şəxsi platformasına lisenziyaya görə isə 10 dollar tələb edir.
“Google” həmin şirkətlərlə qanun və öz patent portfelini artırmaq yolu ilə mübarizə aparmaq niyyətindədir.




04/08/11    Çap et