Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel”in yeni baş direktoru vəzifəsinin icrasına başlayıb


“Intel” şirkətinin yeni baş direktoru Brayen Krjaniç dünyanın ən iri çipmeykeri Pol Otellinidən idarəetməni qəbul edərək vəzifəsinin icrasına başlayıb.

“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, B. Krjaniç sərmayədarlara bildirib ki, şirkət məhsullarının mobil xətlərinin inkişafını sürətləndirmək və mobil sahədə daha aktiv rol oynamaq niyyətindədir. "Biz görürük ki, son vaxtlar şirkət bu istiqamətdə inkişafı ləngidib. Bizim topladığımız bilik bazası və istehsal aktivləri “İntel”ə mobil istiqamətlərdə daha tez inkişaf etməyə imkan verir", - deyə o bildirib.

Şirkətin 40 illik tarixi müddətində B. Krjaniç onun 6-cı baş direktorudur. Analitiklərin proqnozlarına əsasən yeni rəhbərin qarşısına “İntel” şirkətini mobil çipyaratma sahəsində lider etmək kimi strateji məqsəd qoyulub.

Hazırda bu sahədə lider “Samsung”, “Qualcomm”, “Texas Instruments” şirkətləridir, “Intel” isə bu siyahının sonunda olmasına baxmayaraq server və desktop prosessorlar sahələrində güclü mövqe tutur.

Ekspertlərin sözlərinə əsasən, B.Krjaniç və “İntel”in yeni təyin edilmiş prezidenti Rene Jeyms korporasiyanın məhsul xəttini daha smartfo-planşet yönümlü etməlidir, çünki məhz bu kateqoriyalar İT sahədə trend yaradıcıdılar.

Aynur Vəliyeva




17/05/13    Çap et